12:16 07-03-2021
news_image
124
FUTBOL

“Buffondan iki dəfə üstündür” – həmyerlisini təriflədi

Almaniya millisinin sabiq qapıçısı Yens Lemann həmkarları Manuel Noyer və Canluici Buffonu müqayisə edib.

Apasport.az saytının məlumatına görə, 52 yaşlı mütəxəssis “Bavariya”nın bir nömrəsi olan Noyeri “Yuventus”un qolkiperi Buffondan güclü hesab edir.

Onun fikrincə, A seriyasının səviyyəsi də digər liqalardan aşağıdır: “Buffon və Noyeri müqayisə edə bilməzsiniz. Manuel Canluicidən ən azı iki dəfə üstündür. Bundesliqa, La Liqa və Premyer Liqa səviyyəcə A seriyasından güclüdür. İndi İtaliyanın əvvəlki kimi ən yaxşı müdafiəçi və qapıçıya sahib olduğunu iddia etmək mübahisəlidir”.

Qeyd edək ki, Yens Lemann karyerası ərzində ölkəsi Almaniya ilə yanaşı, İtaliya və İngiltərədə də çıxış edib.