19:41 06-03-2021
news_image
312
FUTBOL

Fransalı hücumçu ilə müqavilə bağladı - "Zirə"

“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb.

Apasport.az klubun feysbuk səhifəsinə istinadən məlumat verir ki, Bakı təmsilçisi Rodriqo Bonqonquini transfer edib.

28 yaşlı hücumçu ilə cari mövsümü sonuna kimi anlaşılıb.

Qeyd edək ki, fransalı futbolçu daha əvvəl ölkəsinin “Sedan”, “Paris”, “Le Erbe”, Xorvatiyanın “Slaven Belupo”, Sloveniyanın “Tabor” və İsrailin “Hapoel Hadera” klublarında çıxış edib.