15:00 07-03-2021
news_image
163
FUTBOL

Ən çox qol vuran klublar - "Fənərbaxça" ilk sırada

Türkiyə Super Liqasının XXVIII turunda “Fənərbaxça” ilə səfərdə heç-heçə edən (1:1) “Antalyaspor” ölkə çempionatları tarixində 1000-ci qolunu vurub.

Apasport.az saytının məlumatına görə, Antalya təmsilçisi bununla Türkiyə çempionatlarında 1000 qol səddinə çatan 12-ci klub olub.

Qardaş ölkənin yüksək liqasında ən çox qol müəllifi “Fənərbaxça”dır. 19 dəfə çempionluq kubokunu muzeyinə aparan “sarı-lacivərdlilər” qol sayında hamını qabaqlayır. Əzəli rəqib “Qalatasaray” çempionluq sayında “Fənər”i üstələyir. 22 dəfə titula sahib çıxan “cim-bom”la lideri 16 top ayırır.

İlk “üçlüy”ü “Qaziantep”lə son qarşılaşmada 2:1 hesablı qələbə qazanan “Beşiktaş” qapayır.

1. “Fənərbaxça” - 3661 qol
2. “Qalatasaray” - 3645
3. “Beşiktaş” - 3394
4. “Trabzonspor” - 2496
5. “Gənclərbirliyi” - 2004
6. “Bursaspor” - 1965
7. “Ankaragücü” - 1930
8. “Altay” - 1415
9. “Qaziantepspor” - 1249
10. “Əskişəhərspor” - 1110
11. “Samsunspor” - 1092
12. “Antalyaspor” - 1000