00:45 07-03-2021
news_image
211
FUTBOL

Ölkəsində klub yaratdı – Luis Suares

“Atletiko”nun hücumçusu Luis Suares ölkəsi Uruqvayda klub yaradıb.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun komandasının adı “Deportivo LS”dır.

Adıçəkilən komanda gənclər arasında universitet çempionatında iştirak edəcək. “Deportivo LS”nın əsas məqsədi peşəkar futbola qədəm qoymaqdır.

Qeyd edək ki, Luis Suares 2007-ci ildən Uruqvayın əsas yığmasında çıxış edir.