15:51 07-03-2021
news_image
190
FUTBOL

Argentinalı hücumçu gətirdi - "Zirə"

"Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb.

Klubdan apasport.az saytına verilən məlumata görə, Bakı təmsilçisi Fakundo Melivilonu transfer edib.

28 yaşlı hücumçu ilə cari mövsümü sonuna kimi anlaşılıb.

Qeyd edək ki, argentinalı futbolçu daha əvvəl ölkəsinin “Platense”, “Almireyt”, “Çaçarita Xuniors”, “Lanus”, “Flandria”, “Defense Hustisiya”, “Kuenka”, “Kordoba”, “Tiqre” və “San Martin” klublarında çıxış edib.