21:17 07-03-2021
news_image
143
FUTBOL

Yeni rekord – 55-ci çempionluq

Şotlandiyanın “Reyncers” klubu ölkə çempionu titulunu qazanıb.

Apasport.az saytının məlumatına görə, buna liderin ən yaxın izləycisi “Seltik”in büdrəməsi səbəb olub.

Sonuncular “Dandi” ilə qolsuz heç-heçədən sonra çempionluq şansını itirib. 32 turda məğlub olmayan Stiven Cerrardın yetirmələri 88 xalla “zolaqlılar”dan 20 xal öndədir.

2010/11 mövsümündən sonra ilk dəfə çempion olan “Reyncers” 55-ci dəfə qızıl medallara yiyələnməklə rekorda imza atıb. “Seltik”in 51 zəfəri var.

Qeyd edək ki, bu, Cerrardın böyük futbolda məşqçi kimi ilk tituludur.