21:21 07-03-2021
news_image
132
FUTBOL

“Etihad”da ən erkən qol – qonaqlardan

İngiltərənin “Mançester Siti” klubu Premyer Liqa tarixində öz stadionunda ən erkən qolunu buraxıb.

Apasport.az saytının məlumatına görə, bu, “Mançester Yunayted”lə qarşılaşmaya təsadüf edib.

Meydan sahibləri “Etihad” stadionundakı görüşün 101-ci saniyəsində topu qapısında görüb. Brunu Fernandeşə qədər heç bir qonaq futbolçu “şəhərlilər”i 2003-cü ildən istifadəyə verilən bu arenada belə erkən məyus etməyib.

Qeyd edək ki, “Etihad” stadionunda keçirilən və hazırda davam edən görüşdə qonaqlar 1:0 hesabı ilə öndədir.