11:17 14-08-2008
news_image
392
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçıları Qran-Pri turnirinin son turu ərəfəsində yarım xalla kifayətləniblər

Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın Soçi şəhərində keçirilən şahmat üzrə Qran-Pri turnirinin ikinci mərhələsi çərçivəsində XII turun oyunları başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının üzvləri hesabat turunda xal itkisi ilə üzləşiblər. Teymur Rəcəbov yarışın lideri Levon Aronyanla (Ermənistan), Vüqar Həşimov isə Qata Kamski (ABŞ) ilə heç-heçə oynayıb. Boris Qelfand (İsrail) - Sergey Karyakin (Ukrayna), İvan Çeparinov (Bolqarıstan) - Məhəmməd Əl Modiaki (Qətər), Van Yue (Çin) - David Navara (Çexiya), Aleksandr Qrişuk (Rusiya) - Vasili İvançuk (Ukrayna) qarşılaşmalarında da qalib müəyyənləşməyib. Yalnız rusiyalı şahmatçıların duelində Pyotr Svidler Dmitri Yakovenkodan üstün olub. Bu nəticələrdən sonra L.Aronyan 7,5 xalla liderliyini qoruyub. Onu T.Rəcəbov, V.Yue və S.Karyakin (hamısı 7 xal) izləyirlər. V.Həşimovun hesabında 6,5 xal var. Bu gün sonuncu, XIII turun oyunları keçiriləcək: S.Karyakin - T.Rəcəbov, L.Aronyan - A.Qrişuk, M.Ə.Modiaki - B.Qelfand, V.İvançuk - V.Yue, D.Yakovenko - İ.Çeparinov, D.Navara - Q.Kamski, V.Həşimov - P.Svidler.