00:48 08-03-2021
news_image
111
FUTBOL

Del Boskeyə çatdı – Zidan

Zinəddin Zidan “Real”ın baş məşqçisi postunda 246-cı oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis bu göstəricidə Visente del Boskeyə çatıb.

Bu, “Atletiko” ilə La Liqanın səfər matçında gerçəkləşib. Oyun 1:1 hesabı ilə başa çatıb.

Zidan və del Boske klub tarixində 2-ci nəticəyə şərikdir. Rekord isə əfsanəvi Migel Munyosa məxsusdur. O, 605 matçda “Real”a başçılıq edib.

Qeyd edək ki, madridlilər Zidanın rəhbərliyi ilə 161 qələbə qazanıb, 50 heç-heçə edib və 35 dəfə uduzub. Del Boskenin hesabında 133 qələbə, 58 heç-heçə və 55 məğlubiyyət var.