20:07 08-03-2021
news_image
513
FUTBOL

“Neftçi” də, Namiq Ələsgərov da ilk pillədə - “Sabah” yenə qələbəyə həsrət qaldı

Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

Apasport.az saytının məlumatına görə, bu gün turun ilk iki oyunu keçirilib.

Hər iki görüş Bakıda baş tutub. Əvvəlcə autsayder “Sabah” meydana çıxıb. 2021-ci ildə qələbə üzünə həsrət olan paytaxt təmsilçisi bu tilsimi “Sumqayıt”la matçda da qıra bilməyib. Komandalar hərəyə 1 qolla aktivlərinə 1 xal yazdırıblar. Visente Qomesin yetirmələri 6-cı sınağında 3-cü heç-heçəsini edib. Bundan əvvəlki üç matçda qalib gələ bilmədiyi üçün 4-cü pillədəki mövqeyini təhlükə altına atan “kimyaçılar” isə yenə 1 xala sevinməli olublar.

Lider “Neftçi” paytaxt derbisində “Keşlə”ni sınağa çəkib. Sənan Qurbanovun baş məşqçi postuna təyinatının ardından son 3 oyunda rəqibləri ilə sülh bağlayan “Keşlə” flaqmana eyni aqibəti yaşada bilməyib. Rəqibini 3 qolla üstələyən Samir Abasovun yetirmələri liderliyini davam etdirib. Qəsəbə təmsilçisinin gücü yalnız təsəlli topuna çatıb. Bu matçda dubla imza atmaqla qollarının sayını 13-ə çatdıran Namiq Ələsgərov bombardirlər yarışında Mahir Emrelini geridə qoyaraq, liderliyi ələ keçirib.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. “Qəbələ” “Səbail”i (15:00), “Zirə” isə “Qarabağ”ı (17:15) qəbul edəcək.

Premyer Liqa
XIX tur
8 mart (bazar ertəsi)

16:00. “Sabah” – “Sumqayıt” - 1:1
Qollar:
 Təmkin Xəlilzadə, 34 - Camaləddin Xocaniyazov, 70
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Səbuhi Bayramov
“Sabah”: 1. Saşa Stamenkoviç, 19. Təmkin Xəlilzadə, 4. Bəhlul Mustafazadə (k), 34. Bəxtiyar Həsənalızadə, 28. Kevin Kubemba, 30. Mario Marina, 48. Dmitro Klots, 3. Zurab Oçiqava, 26. Fofana Tiemoko, 2. Amin Seydiyev, 77. Veysəl Rzayev
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 13. Filip İvanoviç, 9. Xulio Sezar Rodriges, 6. Şakir Seyidov
Baş məşqçi: Visente Qomes
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 22. Cavid İmamverdiyev, 11. Mehdi Şərifi, 5. Camaləddin Xocaniyazov, 4. Höccət Haqverdi, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 97. Xəyal Nəcəfov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 78. Dmitro Nağıyev, 21. Cabir Əmirli, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 37. Nicat Əliyev
Baş məşqçi: Ayxan Abbasov
“Bank Respublika Arena”

18:15. “Neftçi” – “Keşlə” - 3:1
Qollar: 
Namiq Ələsgərov, 6, 64 (pen.), Ömər Buludov, 19 - Azər Salahlı, 82
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Nicat İsmayıllı
“Neftçi”: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 10. Saman Nərimancahan, 91. Tallison Diaz, 20. Mert Çelik, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 72. Emin Zamanov, 70. Asim Əlizadə, 87. Nazim Məmmədzadə, 37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov
“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 8. Tural Axundov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 9. Anatole Abanq, 29. Yevgeni Koçuk, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 32. Elvin Yunuszadə, 11. Silvio Rodriqes, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev, 50. Samir Abdullayev
Baş məşqçi: Sənan Qurbanov
“ASK Arena”

1

Neftçi

19

12

3

4

26-19

39

2

Qarabağ

18

10

6

2

42-13

36

3

Zirə

18

7

8

3

23-18

29

4

Sumqayıt

19

6

7

6

21-22

25

5

Qəbələ

18

5

6

7

16-26

21

6

Səbail

18

4

5

9

18-28

17

7

Keşlə

19

3

7

9

18-30

16

8

Sabah

19

4

4

11

19-27

16

Bombardirlər: Namiq Ələsgərov ("Neftçi") - 13 qol, Mahir Emreli ("Qarabağ") - 12 qol