13:24 08-03-2021
news_image
330
FUTBOL

Ən zəngin futbolçu xanımları - SİYAHI

Dünya futbolunda milyonlar qazanan oyunçuların çoxunun həyat yoldaşı və ya sevgilisi heç də özlərindən geri qalmırlar.

Apasport.az saytının məlumatına görə, həmin xanımlar futbolçuların gəlirləri sayəsində deyil, öz karyeraları ilə milyonçu olmağı bacarıblar.

Kimisi müğənnilik, kimisi modellik, kimisi də şərhçilikdə dünyanın öncüllərindəndir. Ən zəngin futbolçu xanımlarının sıralamasına göz gəzdirdikdə ilk pillədəki Viktoriya Bekhemin olduğunu görərik. Əfsanəvi ingiltərəli futbolçu Devid Bekhemin həyat yoldaşının şəxsi sərvəti 502 milyon dollardır.

Bütün dünyada 80 milyondan çox albomu satılan ən məşhur müğənnilərdən Şakira 306 milyon dollara sahibdir. “Barselona”nın müdafiəçisi Jerar Pikenin kolumbiyalı həyat yoldaşının hətta bank hesabı da yoxdur.

Ueyn Runinin xanımı Kolen Runi məşhur jurnallara moda yazıları yazmaqla sərvətini 20 milyon dollar çatdırır.

Son illər dünyanın ən çox pul qazanan iki futbolçusundan biri olan Kriştianu Ronaldonun sevgilisi Corcina Rodriges həm modellik, həm də sosial şəbəkə sayəsində yüksək məvacib əldə edir.

Ən çox sərvəti olan futbolçu xanımları:
1. Viktoriya Bekhem - 502 milyon dollar


2. Şakira- 306 milyon


3. Kolen Runi - 19 milyon


4. Corcina Rodriges - 10 milyon


5. Perrie Edvards - 8 milyon


6. Kristine Lempard - 7 milyon


7. Oriana Sabatini – 5,5 milyon


8. Vanda İkardi - 4 milyon


9. Abbey Klensi – 3,4 milyon


10. Helen Flanaqan – 2,8 milyon