13:53 08-03-2021
news_image
160
FUTBOL

Azarkeşlər pul yığır – 250 milyonluq transfer üçün

“Liverpul”un azarkeşləri maraqlı kampaniyaya başlayıb.

Apasport.az saytının məlumatına görə, “qırmızılar”ın fanatları PSJ-nin hücumçusu Kilian Mbappenin transfer edilməsi üçün pul toplamaq qərarına gəlib.

Bir qrup azarkeş başlatdığı kampaniya ilə Fransa millisinin üzvünün keçidi üçün tələb olunan 250 milyon funt-sterlinqi yığacaqlarına inanır. Onlar sosial şəbəkədə yaydıqları mesajla çağırış ediblər: “Gəlin futbol dünyasını şok edək. Dünyada təxminən 100 milyon “Liverpul” azarkeşi var. Fanat pulu ilə ilk və ən böyük transferi edək, tarix yazaq”.

Qeyd edək ki, Kilian Mbappe “Real”ın da transfer gündəmindədir.