14:49 08-03-2021
news_image
135
FUTBOL

“Liverpul” üçün daha bir problem – Salah karantinə alınacaq

Premyer Liqada ardıcıl məğlubiyyətləri sıralayan “Liverpul” daha bir problemlə üzləşib.

Apasport.az saytının məlumatına görə, hücumçu Məhəmməd Salahın Misir yığmasına dəvət alması “qırmızılar”ı çıxılmaz vəziyyətə salıb.

Ulduz futbolçu Afrika Millətlər Kubokunun seçmə mərhələsində Keniya və Komor adaları ilə görüşlərə çağırılıb. Bu isə o deməkdir ki, Salah millinin düşərgəsindən döndükdən sonra İngiltərədə 10 günlük karantinə alınacaq. Bu da “Liverpul”un uzun müddət Salahın xidmətindən məhrum olmasına gətirib çıxarır.

Qeyd edək ki, Misir yığmasının oyunları martın 25-də və 29-da keçiriləcək.