17:21 08-03-2021
news_image
145
FUTBOL

Milli karyerasını başa vurdu - Azərbaycanla oyuna çağırılmadığı üçün

“Kristal Pelas”ın yarımmüdafiəçisi Luka Milivoyeviç bir daha Serbiya millisində çıxış etməyəcək.

Apasport.az saytının məlumatına görə, bunu 30 yaşlı oyunçu özü açıqlayıb.

O, Serbiya yığmasının yeni baş məşqçisi Draqan Stoykoviçin DÇ-2022-nin seçmə mərhələsində qarşıdakı oyunlar üçün açıqladığı 30 nəfərlik heyətdə yer almadığı üçün millidən getmək qərarına gəlib: “Bir müddətdir düşündüyüm bir qərarı verməyimdə mənə kömək etdiyi üçün yeni baş məşqçiyə təşəkkür edirəm. Məni kənarda saxlamağı məqsədəuyğun bildilər. Millidən getmək barədə qərarı belə tez verdiyim üçün yalnız özümü günahlandıra bilərəm. Serbiya yığmasına bundan sonra uğurlar arzulayıram”.

Qeyd edək ki, martın 24-də İrlandiya, 27-də isə Portuqaliyanı qəbul edəcək Serbiya yığması ayın 30-da Bakıda Azərbaycan millisinin qonağı olacaq.