00:02 09-03-2021
news_image
185
FUTBOL

Avropada 45 milyonluq, Azərbaycanda 1 dəqiqəlik gənc - ən dəyərli 17 yaşlılar

17 yaşlı və ondan kiçik futbolçular arasında ən yüksək transfer qiymətinə malik oyunçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvələ “Bayer”in yarımmüdafiəçisi Florian Virtz başçılıq edir. 

Cəmi 17 yaşı olmasına baxmayaraq, cari mövsüm 29 oyuna çıxan və 7 qol, 7 assistlə diqqət çəkən Virtzin qiyməti 45 milyon avrodur.

Gənc oyunçuları yetişdirməklə məşhurlaşan Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Jude Bellingemin transfer dəyəri 35 milyon avroya bərabərdir. Bu yaşda Bundesliqa təmsilçisinin heyətində 31 matçda iştirak etmək yəqin ki, çoxları üçün xəyal olar.

Azərbaycan Premyer Liqasında bu yaş kateqoriyasına uyğun cəmi 2 futbolçu cari mövsüm meydana çıxıb. “Zirə”nin 2003 təvəllüdlü müdafiəçisi Cəlal Hüseynov 5 oyunda şans qazanıbsa, ondan bir yaş kiçik olan “Sumqayıt”ın üzvü Sənan Ağayev cəmi bir qarşılaşmanın son 1 dəqiqəsində mübarizə aparıb.

Ən dəyərli 17 yaşlılar:
1. Florian Virtz (“Bayer”) - 45 milyon avro
2. Jude Bellingem (“Borussiya”, Dortmund) - 35 milyon
3. Rayan Çerki (“Lion”) - 25 milyon 
4. Yussufa Mukoko (“Borussiya”, Dortmund) - 10 milyon
5. Hervi Elliott (“Liverpul”) - 8 milyon
6. Dario Sarmiento (“Estudiantes”) – 5,5 milyon
7. Yusuf Dəmir (“Rapid”, Vyana) - 5 milyon
8. Naci Ünüvar (“Ayaks”) - 5 milyon
9. Lukas Qurna-Duat (“Sent-Etyenn”) - 4 milyon
10. Metinyo (“Fluminense”) – 3,5 milyon