00:34 09-03-2021
news_image
90
FUTBOL

Ən çox şərikli qol vuran cütlük – Premyer Liqada

“Tottenhem”in hücum tandemi Harri Keyn – Xın-Min Son cütlüyü Premyer Liqa tarixində yeni rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, onlar XXVII turda “Kristal Pelas”la görüşün son qolundakı iştirakla buna nail olublar.

Sonun assisti ilə Keyn qarşılaşmada komandasının 4-cü qolunu (4:1) vurub ki, onların bu anlaşması 25 illik İngiltərə rekordunun yenilənməsinə gətirib çıxarıb. Bu mövsüm ingiltərəli hücumçu cənubi koreyalı yarımmüdafiəçinin 9 qolunun məhsuldar ötürməsini verib. Son isə komanda yoldaşının 5 qolunun assistini edib. Cütlük ümumilikdə cari mövsüm şərikli 14 qolla londonlulara töhfə verib.

Premyer Liqa tarixinin ən ən çox şərikli qol vuran cütlüyü:
1. Harri Keyn / Xın-Min Son: 14 qol (2020/21 mövsümü)
2. Alan Şirer / Kris Satton: 13 (1994/95)
3. Rayan Freyser / Kallum Uilson: 12 (2018/19)
4. Les Ferdinand / Kevin Qallen: 11 (1994/95)
5. Mayk Nyuell / Alan Şirer: 11 (1995/96)
6. Sten Kollimor / Robbi Fouler: 10 (1995/96)
7. Nikolya Anelka / Dennis Berqkamp: 10 (1998/99)
8. Raul Ximenes / Adama Traore: 10 (2019/20)