22:43 08-03-2021
news_image
124
FUTBOL

Levandovski qədər də deyil – 7 klub

Almaniya Bundesliqasının XXIV turunda Dortmund “Borussiya”sı ilə görüşdə het-trikə imza atan “Bavariya”nın hücumçusu Robert Levandovski ölkə çempionatında qollarının sayını 31-ə çatdırıb.

Apasport.az saytının məlumatına görə, cəmi 23 matçda bu göstəriciyə nail olan polşalı forvard nəinki bütün futbolçuları, hətta Bundesliqadakı bəzi klubları da qabaqlayır.

Təsadüfi deyil ki, çempionatın son 7 pilləsində qərarlaşan komandalar hətta Levandovski qədər də qol vura bilməyiblər. Xüsusən də, “Şalke” ulduz futbolçudan, demək olar ki, iki dəfə az rəqibi məyus edib.

Müqayisə üçün bildirək ki, Azərbaycan Premyer Liqası klublarından yalnız “Qarabağ” cari mövsüm qol sayında Levandovskidən çox fərqlənib. Almaniyada olduğu kimi, Azərbaycan çempionatının da 7 komandası hələlik 30 qol həddinə çata bilməyib.

Bu mövsüm Levandovskidən az qol vuran Bundesliqa klubları:

“Herta” – 28 qol
Komandanın bombardirləri Mateus Kunya və Kşiştof Pyatekin aktivində 6 top var.

“Verder” – 27
Komandanın bombardirləri Leonardo Bittenkurt, Joş Sargent və Niklas Füllkruqun aktivində 4 top var.

“Auqsburq” – 24
Komandanın bombardirləri Daniel Kaliqiuri və Andre Hanın aktivində 5 top var.

“Mayns” – 23
Komandanın bombardiri Jan-Filipp Matetanın aktivində 7 top var.

“Köln” – 22
Komandanın bombardiri Elvis Rexbeçayın aktivində 5 top var.

“Arminiya” – 18
Komandanın bombardirləri Ritsu Doan və Fabian Klosun aktivində 3 top var.

“Şalke” – 16
Komandanın bombardiri Mettyu Hoppenin aktivində 5 top var.