01:14 09-03-2021
news_image
97
FUTBOL

ÇL-də 20 qola ən tez çatanlar – rekorda 2 top qaldı

Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin cavab oyunlarına martın 9-da start veriləcək.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland yeni rekorda imza ata bilər.

Bunun üçün norveçli forvard “Sevilya” ilə qarşılaşmada dubl etməlidir. 20 yaşlı Haland bunu bacarsa, ÇL tarixində ən az görüşdə 20 qol səddinə çatan futbolçu olacaq. O, ilk 13 oyununda artıq 18 qola imza atıb.

Bu baxımdan rekord Harri Keynə məxsusdur. “Tottenhem”in qolçusu ilk 24 oyunda 20 dəfə rəqib qapılarına yol tapıb.

ÇL-də 20 qol səddinə ən tez çatanlar:
1. Harri Keyn – 24 oyuna


2. Alessandro Del Pyero – 26


3. Rud van Nistelroy – 27


4. Filippo İnzagi – 28


5. Mario Qomes – 32


6. Mario Jardel - 33