20:31 08-03-2021
news_image
357
FUTBOL

Hondanın “Neftçi” ilə bağlı taleyinə aydınlıq gətirdi – baş məşqçi

Yaponiyalı futbolçu Keysuke Hondanın “Neftçi”yə keçidi, demək olar ki, dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, bunu bakılıların baş məşqçisi Samir Abasov deyib.

Azərbaycan Premyer Liqasının XIX turunda “Keşlə” ilə keçirilən oyundan (3:1) sonra ulduz futbolçunun transferi barədə fikir bildirən çalışdırıcı məsələnin həll olunmaq üzrə olduğunu söyləyib: “Honda ilə danışıq olub, özü də razılıq verib. Danışıqlar 90 faiz müsbət nəticələnib”.

Yarımmüdafiəçinin hələlik mövsümün sonuna qədər müqavilə imzalayacağını bildirən Abasov onun yaydan sonra da komandada qala biləcəyini istisna etməyib.