09:20 09-03-2021
news_image
86
FUTBOL

Konfederasiya prezidentinin cəzası yüngülləşdirildi – 2 illik diskvalifikasiya

Afrika Futbol Konfederasiyasının (CAF) sabiq prezidenti Ahmad Ahmadın cəzası yüngülləşdirilib.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı İdman Arbitraj Məhkəməsi (CAS) verib.

Qurum 61 yaşlı futbol funksionerinin apelyasiyasını qismən təmin edib. Öncədən futbol fəaliyyətindən 5 illik kənarlaşdırılan Ahmadın diskvalifikasiyası 2 ilə endirilib. Onun ödəməli olduğu cərimənin məbləği də 200 min İsveçrə frankından 50 minə endirilib.

Qeyd edək ki, 2017-ci ildən CAF prezidenti olan Ahmad 2020-ci il noyabrın 19-da FİFA-nın Etika Komitəsi tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cəzalanıb. O, hədiyyələr qəbul etməkdə və pul vəsaitlərini qanunsuz mənimsəməkdə günahkar hesab olunub.