09:35 09-03-2021
news_image
96
FUTBOL

Premyer Liqa tarixində 3-cü – Tuxel

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Tomas Tuxel Premyer Liqa tarixində 3-cü göstəriciyə imza atıb.

Apasport.az saytının məlumatına görə, alman mütəxəssis İngiltərə çempionatındakı ilk 9 matçında yetirmələri uduzmayıb.

“Çelsi” bu seriyanı “Everton”u 2:0 hesabı ilə məğlub edərək 9-a çatdırıb. Premyer Liqa tarixində yalnız iki məşqçinin debütdəki yenilgisizliyi daha uzun sürüb.

Mütləq rekord Maurisio Sarriyə məxsusdur. 2018/19 mövsümündə “Çelsi” baş məşqçisinin debütdəki 12 matçında uduzmayıb. 1994/95 mövsümündə “Nottinhem Forest”i çalışdıran Stiv Klark isə ilk 11 oyunda məğlubiyyət görməyib.

Qeyd edək ki, Tuxel daha bir unikal göstəriciyə imza atıb. Onun rəhbərliyi altındakı ilk 5 ev oyununda komandası qol buraxmamaqla rekord müəllifi olub.