09:43 09-03-2021
news_image
74
FUTBOL

Sport24.az - 4 il!

Bu gün Sport24.az-ın yaranma günüdür.

4 il öncə - 2017-ci ilin 9 mart tarixində saytın ilk xəbəri işıq üzü görüb. Yaranan gündən oxucular üçün fərqli dəst-xətt ortaya qoymağa, müxtəlif rubrikalarla gündəlik cari işləri rəngarəng etməyə çalışan Sport24.az qısa müddətdə oxucuların rəğbətini qazanmağa müvəffəq olub.

Çempionat oyunlarını müntəzəm stadiondan işıqlandıran saytın əməkdaşları 1 il 4 ay öncə rusdilli sayt olan Football24.az-ı ərsəyə gətiriblər. 4 il ərzində özünəməxsus nailiyyətlərə imza atan həmkarlarımızın bu inkişaf yolunda daim irəliləmələrini diləyirik.

Apasport.az saytının kollektivi Sport24.az saytındakı həmkarlarını təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayır!