22:15 09-03-2021
news_image
377
FUTBOL

Yığmamızdan ardıcıl 4-cü qələbə - seçmə mərhələdə

Futzal üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsində mübarizə aparan yığmamız III qrupda dördüncü matçına çıxıb.

Braziliyalı mütəxəssis Joze Alesionun yetirmələri Moldovanın qonağı olub. Beş gün əvvəl Bakıda rəqibini 5:1 hesabı ilə məğlub edən millimiz bu dəfə də meydandan üç xalla ayrılıb.

Çoreskudakı “FMF Arena”da təşkil olunan matçın ilk yarısında yalnız bir qol vurulub. Millimiz hesabı 7-ci dəqiqədə açıb. Futzalçılarımız daha məhsuldar alınan ikinci hissədə üstünlüyünü daha da artırıb. Bununla da ardıcıl 4-cü qələbəsini qazanan komandamız qrupda ilk iki yerdən birini təmin edib. Bu, yığmamızın AVRO-2022-nin final mərhələsinə vəsiqə qazanmasını böyük ölçüdə həll edib.

Qeyd edək ki, final mərhələsinə 8 qrupun qalibi və ən yaxşı nəticəyə malik 6 ikinci yer sahibi yüksələcək.

Avropa çempionatının seçmə mərhələsi
3-cü qrup, IV tur
9 mart
20:30. Moldova - Azərbaycan - 3:5
Qollar:
Laşku, 30:58, Nikolayçius, 35:08, Neqara, 36:57 – Əhmədi, 6:57,  Vassura, 22:05, 36:42, Çovdarov, 27:47, Kojokaru, 34:47 (avtoqol)
Hakimlər: Damian Qrabovski (Polşa), Yasin Alageyik (Belçika), Viktor Buqenko (Moldova)
Çoresku. “FMF Arena”

1

Azərbaycan

4

4

0

0

17-5

12

2

Slovakiya

4

2

1

1

16-8

7

3

Moldova

4

1

1

2

11-15

4

4

Yunanıstan

4

0

0

4

1-17

0