13:23 09-03-2021
news_image
145
FUTBOL

“Marsel”in yeni prezidenti və Kamran Quliyev – klub dəyişənlər

Dünya futbolunda baş məşqçi və futbolçulardan fərqli, rəsmilər nadir hallarda klub dəyişirlər.

Apasport.az saytının məlumatına görə, Azərbaycanda idman direktorunun, menecerin bir klubdan digərinə yollanması halı müşahidə olunub.

Hətta “Neftçi”nin hazırkı prezidenti Kamran Quliyev “ağ-qaralar”a “Sumqayıt”ın rəhbəri postundan ayrılaraq keçib.

“Marsel”in yeni prezidenti Pablo Lonqoriya da nadir futbol adamlarındandır ki, müxtəlif klublarda bir sıra vəzifələri icra edib. o, Fransa təmsilçisinə rəhbər seçilməzdən əvvəl 7 klubun uğurları üçün çalışıb.

Lonqoriyanın ilk iş yeri “Nyukasl” olub. 2007-ci ildə Premyer Liqa təmsilçisinə skaut təyin olunan ispaniyalı orada cəmi 3 ay qalıb. 2009-cu ilin əvvəlində “Rekreativo”da eyni vəzifəyə gətirilən Pablo 2010-cu ilin sonlarına qədər orada qala bilib.

“Rekreativo”nu “Atalanta”ya dəyişən Lonqoriya üç ilə yaxın orada çalışıb. Berqamo təmsilçisindən ayrıldıqdan sonra da İtaliyada qalıb, bu dəfə “Sassuolo”da skautların rəhbəri olub. Oradakı iki illik fəaliyyət “Yuventus”a yolunu açıb. Üç ilə yaxın da “qoca sinyora”da skautlara başçılıq edən klub rəsmisinin növbəti dayanacağı “Valensiya” olub. Ancaq bu dəfə skaut yox, idman direktoru kimi fəaliyyətə başlayıb.

“Yarasalar”la işbirliyi il yarım çəkən Lonqoriya ötən ilin yayında “Marsel”də əvvəlcə idman direktoru kimi işə başlayıb. 34 yaşlı funksioner keçən aydan Fransa klubunun prezidentidir.