13:41 09-03-2021
news_image
75
FUTBOL

Yubiley qolu – “Neftçi”də

Namiq Ələsgərov “Neftçi”nin heyətində 25-ci qolunu vurub. 

Apasport.az saytının məlumatına görə, yubiley Azərbaycan Premyer Liqasının XIX turuna təsadüf edib. 

“Keşlə” ilə ev matçında hesabı açan yarımmüdafiəçi paytaxt təmsilçisində 25-ci dəfə fərqlənib. Namiq sonradan penaltidən yararlanmaqla qol sayını 26-ya çatdırıb. Ələsgərov buna 115-ci matçında nail olub. O, bu qollardan 23-nü Premyer Liqada, 2-ni Azərbaycan kubokunda, 1-ni Avropa Liqasında vurub.

2016/17 mövsümündən “Neftçi”də çıxış edən Namiq ilk qolunu da “Keşlə”yə vurub. O, 2017-ci il fevralın 9-dakı səfər görüşündə fərqlənib. Həmin matçda da “Neftçi” indiki kimi 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Neftçi” “Keşlə” ilə matçda 3:1 hesablı qələbə qazanıb.