14:28 09-03-2021
news_image
123
FUTBOL

Almaniya millisindən gedir - Yoahim Löv

Almaniya millisinin baş məşqçisi Yoahim Löv AVRO-2020-dən sonra vəzifəsindən ayrılacaq.

Apasport.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqı məlumat yayıb.

Bildirilib ki, təcrübəli mütəxəssisin müqavilə müddəti DÇ-2022-nin sonuna qədər olsa da, o, ayrılmaq qərarına gəlib. Löv özü bu barədə quruma müraciət edib və istəyi müsbət qarşılanıb.

Yoahim Löv 2006-cı ildən Almaniya yığmasını çalışdırır.  Bundestim onun rəhbərliyi altında 2014-cü ildə dünya çempionu, 2017-ci ildə Konfederasiyalar Kubokunu qazanıb. Həmçinin almanlar DÇ-2010-da və AVRO-2012 ilə AVRO-2016-da bürünc medal əldə edib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən bu ilə təxirə salınan AVRO-2020 11 iyun – 11 iyul tarixlərində keçiriləcək. Almaniya yığması Macarıstan, Portuqaliya və Fransa ilə eyni qrupda mübarizə aparacaq.