00:05 10-03-2021
news_image
299
FUTBOL

Sevgi etirafı – tennisdə yeni cüt

Avstraliyalı tennisçi Aleks de Minaur böyük britaniyalı həmkarı Keyt Bulterlə münasibətlərinə aydınlıq gətirib.

Apasport.az saytının məlumatına görə, “yaşıl qitə” təmsilçisi instaqram paylaşımında sevgisini açıq şəkildə bəyan edib.

Dünyanın 23-cü raketkası birgə şəkillərini paylaşıb. Minaur sevgilisini 8 mart münasibətilə təbrik də edib: “Bayramın mübarək. Səni heç vaxt unutmayacağam. Hər şey sənin üçün”.

Bulter də bu sevgi paylaşımına cavab verib. O, rəylərdə ürək işarələri yerləşdirib.

Qeyd edək ki, cütlüyün münasibətləri Avstraliya açıq çempionatı zamanı üzə çıxıb. Minaur televiziya kameralarına sevgilisinin ad və soyadının baş hərflərini nümayiş etdirib.