16:52 09-03-2021
news_image
114
FUTBOL

“Fiorentina”dan gedir – Riberi

İtaliyanın “Fiorentina” klubunun futbolçusu Frank Riberi mövsümün sonunda komandanı tərk etməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, 37 yaşlı fransalı karyerasını Almaniya Bundesliqasında davam etdirmək istəyir.

Lakin Riberinin İtaliyada qalmaq variantı da var. Silvio Berluskoninin sahibi olduğu “Montsa” da onu heyətində görməkdə maraqlıdır.

Qeyd edək ki, 2019-cu ildən “Fiorentina”da oynayan veteran cari mövsüm 20 matçda 1 qol vurub.