17:36 09-03-2021
news_image
100
FUTBOL

“İki xal itirdiyimizi düşünmürəm” - Elmar Baxşıyev

“Bizi çətin, ağır oyun gözlədiyini bilirdik. “Səbail” çempionatın ağır rəqiblərindən biridir. Bu komanda yaxşı müdafiə olunur, rəqibə az imkan verir və əks-hücumlarda yaxşı oynayır”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib. 

41 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının XIX turunda “Səbail” oyunu (1:1) şərh edib: “Baş məşqçi Aftandil Hacıyevin gördüyü iş hiss olunur. Komandamızın oyununa gəlincə, ümumilikdə razı qaldım. Çatışmayan cəhətlərimiz var. Onları analiz edəcək və üzərində işləyəcəyik. Oyunda dominantlıq edən tərəf idik. Çoxsaylı epizodlar yaratdıq, lakin istifadə edə bilmədik. Ruhdan düşmürük, qarşıdakı oyuna köklənib maksimum nəticə qazanmağa çalışacağıq. İki xal itirdiyimizi düşünmürəm. Çempionatda hər bir komanda istənilən rəqibdən xal almağa qadirdir. Bu gün bir xal qazandıq. Futbolçularımız qaçırılan qol epizodlarının hamısını məşqdə dəyərləndirərdi. Lakin oyun ayrıdır, stress də olur. Komanda əsas tələb olan oyun nizam-intizamını qoruyur, epizodları yaradır ki, bu da qüvvə tələb edir. Bunların yaradılması bizi sevindirməyə bilməz”.