23:33 09-03-2021
news_image
179
FUTBOL

Çempionlar Liqasının ən yaxşı qapıçıları – son 5 ilin

Çempionlar Liqasında (ÇL) bu gün 1/8 final mərhələsinin cavab oyunları start götürəcək.

Apasport.az saytının məlumatına görə, bu cür böyük turnirlərin, xüsusən də, pley-off mərhələlərində ən çox yük, şübhəsiz ki, qapıçıların üzərinə düşür.

Əvvəlki mərhələdən və ölkə çempionatından fərqli, burada artıq bütün rəqiblər çox çətin olur. Burada qolçularla yanaşı, qapıçılar da ön plana çıxır.

Bəs son 5 ildə Çempionlar Liqasında ən çox seyvlə komandasına kömək edən qapıçılar kimlərdir? İlk “10-luq” aşağıdakı kimidir:

1. Keylor Navas - 135 seyv
2. Manuel Noyer - 124
3. Mark-Andre ter Ştegen - 118
4. Yan Oblak - 114
5. Alisson Beker - 102
6. Samir Handanoviç - 99
7. Andre Onana - 97
8. Andrey Pyatov - 91
9. Fernando Muslera - 85
10. Milan Boryan - 73