12:07 10-03-2021
news_image
274
FUTBOL

Qapıçının evi qarət olundu – silahlı maskalılar

İngiltərənin “Everton” klubunun qapıçısı Robin Olsenin evi qarət olunub.

Apasport.az saytının məlumatına görə, cinayəti naməlum maskalı şəxslər törədib.

Hadisə zamanı futbolçu, həyat yoldaşı və uşaqları da evdə olub. Onlar evdə olanlara bıçaq və xəncərlə hədə-qorxu gəliblər. Cinayətkarlar evdə pul və qiymətli əşyaları axtarıb. 

Qeyd edək ki, araşdırmalara başlayan polis heç kimin zərər çəkmədiyini bildirib.