12:48 10-03-2021
news_image
573
FUTBOL

Joan Laporta ilə qazandığı titullar - “Barselona”nın

Son illərdəki uğursuzluğu sabiq prezident Xosep Bartomeu ilə əlaqələndirilən “Barselona”da artıq yeni rəhbər var.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun azarkeşləri əvvəlki əzəmətin qayıdacağına inanmağa başlayıblar.

Çünki 2003-2010-cu illərdə La Liqa təmsilçisinə prezidentlik edən Joan Laporta yenidən rəhbər seçilib. 58 yaşlı futbol funksionerinin ilk dönəmində qazandığı 12 kubok fanatları həyəcanlandırır.

Bəs Laporta “Barselona”dakı ilk erasında hansı uğurlara nail olub?

La Liqa – 4 dəfə
Laporta 7 illik dönəmində 4 dəfə La Liqa çempionluğu sevincini yaşayıb. “Barsa” 2004-05, 2005-06, 2008-09 və 2009-10 mövsümlərində çempionatda qızıl medalları qazanıb.

İspaniya Superkuboku – 3
Kataloniya təmsilçisi 2005, 2006 və 2009-cu illərdə çempionla kubokun qalibinin üz-üzə gəldiyi İspaniya Superkuboku matçının qalibi olub.

Çempionlar Liqası – 2
Tarixində ilk dəfə 1992-ci ildə bu turniri qazanan İspaniya nəhəngi XXI əsrdən daha parlaq nəticələr göstərməyə başladı. Elə Laportanın dönəmində komanda iki dəfə (2005-06, 2008-09) Çempionlar Liqasının kubokunu muzeyinə aparıb.

UEFA Superkuboku - 1
Çempionlar Liqası ilə Avropa Liqasının qaliblərinin üz-üzə gəldiyi həlledici qarşılaşmanı Laporta dönəmində komanda 2009-cu ildə qazanıb. ÇL-in qalibi Donetsk “Şaxtyor”unu Monakoda 1:0 hesabı ilə üstələyib.

Klublararası Dünya Çempionatı – 1
2009-cu ildə Çempionlar Liqası və UEFA Superkubokundan sonra Klublararası Dünya Çempionatına qatılan “Barselona” Abu-Dabidəki finalda “Estudiantes”i 2:1 hesabı ilə üstələyib.

İspaniya Kral Kuboku – 1
2008/09 mövsümündə komanda İspaniya Kral Kubokuna 1/16 finaldan başlayıb. Müvafiq olaraq “Benidorm”, “Atletiko”, “Espanyol” və “Malyorka”nı məğlub edən “Barsa” finalda “Atkletik”ə də şans verməyib – 4:1.