15:03 10-03-2021
news_image
263
FUTBOL

Ramil Şeydayevi 4 oyun diskvalifikasiya etdi - AFFA

“Sabah”ın hücumçusu Ramil Şeydayevin cəzası müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, millimizin forvardı “Sabah-2”nin heyətində I divizionun XVI turunda “Qaradağ Lökbatan”la görüşdə qırmızı vərəqə aldığı üçün AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.

Matçın 63-cü dəqiqəsində hakimi təhqir etdiyi üçün meydandan qovulan Şeydayev 4 oyunluq diskvalifikasiyaya məruz qalıb. Həmçinin paytaxt klubu 320 manat cərimələnib.