15:21 10-03-2021
news_image
128
FUTBOL

Topdaşıyan problemi – Azərbaycan futbolunda

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında birinci divizionla maraqlı cəzalar tətbiq edilib.

Apasport.az saytının məlumatına görə, qurum XVI turdakı matçların ikisindəki topdaşıyan probleminə görə klubları cərimələyib.

“Sabah-2” – “Qaradağ Lökbatan” görüşündə topdaşıyanlar təmin olunmadığı üçün birincilər 80 manat məbləğində cərimələnib.
“Turan Tovuz”la “Neftçi”nin ikinci komandası arasında baş tutan görüşdə isə topdaşıyan və xərəkdaşıyanların yaş həddi pozulduğu üçün meydan sahibləri 80 manat cərimə edilib.