16:26 10-03-2021
news_image
211
FUTBOL

“Ronaldonun bacarmadığı bir işin olduğunu gördük” - Lineker

İngiltərənin əfsanəvi futbolçularından Qari Lineker növbəti dəfə maraqlı paylaşımı ilə gündəmə gəlib.

Apasport.az saytının məlumatına görə, 61 yaşlı televiziya şərhçisi bu dəfə Çempionlar Liqasının 1/8 final mərhələsində “Porto”nun “Yuventus”a” vurduğu 2-ci qolu qeyri-adi şəkildə şərh edib.

O, Serxio Oliveyranın 115-ci dəqiqədə yerinə yetirdiyi cərimə zərbəsi zamanı canlı səddə dayanan Kriştianu Ronaldonun möveyini itirərək qola səbəb olması barədə fikir bildirib: “Nəhayət, Ronaldonun bacarmadığı bir işin olduğunu gördük – canlı səddə hərəkətsiz dayanmağı”.

Qeyd edək ki, “Yuventus”la “Porto” arasında keçirilən oyunların cəmində 4:4 hesabı qeydə alınsa da, səfərdə daha çox qol vuran Portuqaliya təmsilçisi 1/4 finala adlayıb.