22:44 10-03-2021
news_image
127
FUTBOL

“Liverpul” azarkeşləri məni istəmir” - Cerrard

“Reyncers”in baş məşqçisi Stiven Cerrard əfsanəsi olduğu “Liverpul”a rəhbərlik edəcəyi ilə bağlı söz-söhbətə aydınlıq gətirib.

Apasport.az saytının məlumatına görə, “Reyncers”ə Şotlandiya çempionluğunu qazandıran gənc mütəxəssis “qırmızılar”ın sükanı arxasına keçməyi düşünmür.

O, Premyer Liqa klubunun hazırkı çalışdırıcısı Yurgen Kloppu tərifləyib: “Liverpul” azarkeşləri komandaya rəhbərlik etməyimi istəmirlər. Yurgen Kloppun qalmasını istəyirlər. Mən bu məsələdə onları tam dəstəkləyirəm. “Liverpul”u indi ən yaxşı məşqçilərdən biri çalışdırır. Kloppu sevirəm və ümid edirəm ki, o, daha uzun illər klubda qalacaq. Mən isə “Reyncers” üçün çalışıram, işimdən məmnunam. “Liverpul”u çalışdırmaq mənim arzumdur, amma indi deyil”.

Qeyd edək ki, Stiven Cerrard futbolçu karyerası ərzində 1998-2015-ci illərdə “Liverpul”un şərəfini qoruyub.