İspaniya La Liqasının lideri “Atletiko”nun transfer siyahısındakı hücumçunun adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi İtaliya “Torino”sunun futbolçusu Andrea Belottini heyətinə qatmağı planlaşdırır.
27 yaşlı forvardın Turin klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Onu bu yay heyətinə qatmaq niyyətində olan “Atletiko” Belottini sərfəli şərtlərlə transfer etmək fikrindədir.
Qeyd edək ki, forvard “Milan”ın da maraq dairəsindədir.