17:39 10-03-2021
news_image
164
FUTBOL

Messiyə görə onunla danışığa başladı – Laporta

“Barselona”nın yeni prezidenti Joan Laportanın ilk hədəfi kapitan Lionel Messini komandada saxlamaqdır.

Apasport.az saytının məlumatına görə, klub rəhbəri bir neçə ulduz futbolçu transferi ilə argentinalını uğurlara inandıracağını düşünür.

Laporta, xüsusən də, Leonun yaxın dostu Serxio Aqueronu heyətə cəlb etmək niyyətindədir. Kataloniyalılar hətta “Mançester Siti” ilə müqavilə müddəti mövsümün sonuna qədər olan 32 yaşlı forvardla bu gün rəsmi danışıqlara başlayıb. 

Qeyd edək ki, Serxio Aquero bu mövsüm Premyer Liqada cəmi 6 matçda iştirak edib.