09:22 11-03-2021
news_image
89
FUTBOL

Ronaldo və Messisiz 1/4 final – 16 ildən sonra

Çempionlar Liqasında qeyri-adi hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, son 16 ildə ilk dəfə 1/4 final mərhələsi Kriştiano Ronaldo və Lionel Messisiz keçiriləcək.

Hər iki əfsanənin komandası mübarizəni 1/8 finalda dayandırıb. Ronaldo və Messinin heç birinin olmadığı 1/4 finala sonuncu dəfə 2004/05 mövsümündə təsadüf edilib.

Həmin vaxt Messili “Barselona” 1/8 finalda “Çelsi”yə (2:1, 2:4), Ronaldolu “Mançester Yunayted” “Milan”a (0:1, 0:1) uduzmuşdu.

Qeyd edək ki, cari mövsümün 1/8 finalında “Barselona” PSJ (1:4, 1:1), “Yuventus” “Porto” (1:2, 3:2) səddini keçə bilməyib.