09:44 11-03-2021
news_image

Türkiyədə çempion oldu - Milad Beiqi Harçeqani

Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani Türkiyənin İstanbul şəhərində ənənəvi təşkil olunan “Turkish Open”də qızıl medala yiyələnib. 

Apasport.az saytının məlumatına görə, 87 kq çəki dərəcəsində mübarizə aparan idmançı bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Tokio-2020-yə lisenziyanı təmin edən Harçeqani finalda ispaniyalı Daniel Qomesdə güclü olub. 

Qeyd edək ki, G1 kateqoriyalı turnirə Azərbaycan millisi 12 idmançı ilə qatılıb. Sayca 8-ci olan yarışda 46 ölkədən 1590 idmançı (böyüklər, gənclər, yeniyetmələr və pumse) mübarizə aparır.