10:02 11-03-2021
news_image
469
DİGƏR NÖVLƏR

6 qat dünya çempionu: “Seks qadağası vecimə deyil” - FOTOSESSİYA

“Olimpiya Oyunlarında heç hara gedə bilməməyimiz xoş deyil. Amma Olimpiadanın heç keçirilməməyindənsə belə olması yaxşıdır”.

Apasport.az saytının məlumatına görə, bunu üçqat Olimpiya mükafatçısı, 6 qat dünya, 7 qat Avropa çempionu Yuliya Yefimova deyib.

Rusiyalı üzgüçü Tokio Yay Olimpiya Oyunlarında koronavirusla bağlı çoxsaylı məhdudiyyətlərə münasibət bildirib. O, yarış zamanı mövcud olacaq seks qadağası haqda da danışmağı lazım bilib: “Gözləyin, siz seks qadağasından da soruşursunuz? Yarış zamanı seks qadağası heç vecimə də deyil. Əksər idmançıların da həmçinin. Üzücü olan odur ki, digər yarışlara gedə bilməyəcəyik. 2016-cı ildə öz yarışımız bitəndən sonra Olimpiadanın sonuna qədər komanda yoldaşlarımıza azarkeşlik etdik. İndi isə oradan gedib televizorda baxmalı olacağıq”.