14:20 11-03-2021
news_image

Braziliya ilə təlim-məşq toplanışında - yığmamız

Azərbaycan cüdoçuları beynəlxalq təlim-məşq toplantısında iştirak edirlər. 

Cüdo Federasiyasından apasport.az saytına verilə məlumata görə, gələcək beynəlxalq yarışlara hazırlıqlarını davam etdirən kişilərdən ibarət milli komandamızın üzvləri hazırda Özbəkistandadır. 

Paytaxt Daşkənd şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplantısında aparıcı cüdoçularımız iştirak edirlər. Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Fransa, Yaponiya, Koreya, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çexiya, Ukrayna, Özbəkistan, İspaniya, Gürcüstan, Niderland, Qazaxıstan və digər ölkələrin yığmaları qatılıb. 

Qeyd edək ki, cüdoçularımız mart-aprel aylarında Tbilisi və Antalyada təşkil olunacaq "Böyük Dəbilqə" yarışında, eləcə də Portuqaliyada keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar.