16:43 11-03-2021
news_image
211
FUTBOL

Monteneqro və Albaniya yığmamıza rəqib oldu – püşk atıldı

17 yaşadək qızlar arasında Avropa çempionatının 1-ci mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, reytinqinə əsasən A və B liqalarına ayrılan iştirakçılar qruplara bölünüb.

Zəif reytinqli komandalar sırasında olan Azərbaycan yığması B qrupunda mübarizə aparacaq. Millimiz 6-cı qrupunda yer alıb. Komandamızın rəqibləri Monteneqro və Albaniya olacaq.

1-ci mərhələnin görüşləri avqustun 1-dən noyabrın 14-dək keçiriləcək. B liqasında qrup qalibləri və ən yaxşı nəticəyə malik komanda A liqasına yüksələcək.