17:03 11-03-2021
news_image
115
FUTBOL

Futbolçulara mühafizəçi tutur – Premyer Liqa klubu

İngiltərənin “Everton” klubu bütün futbolçularına mühafizəçi tutacaq.

Apasport.az saytının məlumatına görə, Liverpul təmsilçisi qapıçı Robin Olsenin evi silahlı qarətçilərin girməsindən sonra belə addım atmağa qərar verib.

Komandanın üzvlərinə mühafizəçilərin xidməti təklif olunacaq. Həmçinin futbolçulara silahlı qarət zamanı necə davranmaq barədə xüsusi mühazirə təşkil edilib.

“Everton” təkcə öz oyunçularının təhlükəsizliyi ilə kifayətlənməyib. Klub rəhbərliyi futbolçuları yaxın ərazidə yaşayan “Liverpul”, “Mançester Yunayted” və “Mançester Siti”yə də mümkün təhlükə barədə xəbərdarlıq edib.