22:49 11-03-2021
news_image
206
FUTBOL

Legioner qalmadı – Azərbaycan Premyer Liqasında

Azərbaycan Premyer Liqasında legioner baş məşqçi qalmayıb.

Apasport.az saytının məlumatına görə, çempionatdakı yeganə əcnəbi mütəxəssis Visente Qomes “Sabah”dan ayrılıb.

Çempionatın autsayderi ispaniyalı çalışdırıcı ilə vidalaşıb. Cari mövsümün əvvəlində baş məşqçi təyin olunan Qomes 20 matçda paytaxt klubuna rəhbərlik edib.

Bu görüşlərdə 4 qələbə və 4 heç-heçəsi olan komanda 12 dəfə uduzub. 12 qol vuran “Sabah” 21 top buraxıb. Bu oyunlardan 19-u Premyer Liqa, 1-i kuboka təsadüf edib.

Qeyd edək ki, cari mövsümdə bunadək 2 baş məşqçi dəyişikliyi baş verib. 3-cü istefayadək “Neftçi”də Füzuli Məmmədovu Samir Abasov, “Keşlə”də Yunis Hüseynovu Sənan Qurbanov əvəzləyib.