23:24 11-03-2021
news_image
181
FUTBOL

Karyerasını başladığı klubda bitirənlər – vəfalı futbolçular

Dünya futbolunda klubuna sadiq qalan futbolçuların sayı ildən-ilə azalır.

Apasport.az saytının məlumatına görə, bəzi oyunçular isə karyeralarını onları yetişdirən klubda bitirməyi özlərinə vəfa borcu bilirlər.

Bu yazıda da həmin vəfalı ulduz futbolçulardan 10-na diqqət yetirəcəyik.

Mario Qomes
Ötən il karyerasını bitirən Qomes onu yetişdirən “Ştutqart”a qayıdaraq, son oyunlarını məhz Bundesliqa təmsilçisində keçirib.

Robin van Persi
Akademiyasında yetişdiyi “Feyenoord”dakı çıxışı ilə tanınan, “Arsenal” və “Mançester Yunayted” kimi klublarda çıxış edən niderlandlı sabiq forvard 2018-ci ildə doğma komandasına qayıtdı, bir il sonra isə futboldan getdi.

Dirk Kuyt
“Liverpul”dakı oyunları ilə tanınan Kuyt Niderlandın həvəskar komandası olan “Kuik Boyz”un yetirməsidir. Maraqlıdır ki, 2018-ci ildə son oyunlarını məhz bu komandanın heyətində keçirdi.

Julio Sezar
“İnter”dəki qurtarışları ilə xatırlanan Braziliya millisinin sabiq qapıçısı Avropa macərası yaşamaq üçün 2005-ci ildə “Flamenqo”nu tərk etdi. 2018-ci ildə sevimli komandasına qayıdan Sezar karyerasını məhz burada bitirdi.

Xavyer Saviola
Vaxtilə böyük gələcək vəd edən “River Pleyt”in yetirməsi Avropada bir neçə klubda gücünü sınadı. Onlar arasında “Barselona” və “Real” da oldu. Ancaq 2015-ci ildə yenidən “River Pleyt”ə döndü.

Xuan Sebastyan Veron
Öz dövrünün ən güclü yarımmüdafiəçilərindən sayılan Veronun “Estudiantes”lə başlayan macərası elə bu komanda ilə də bitdi. Argentinalı 2012-ci ildə qayıtdığı sevimli komandasında daha 5 il oynadı.

Xuan Roman Rikelme
Layiq olduğundan az dəyər görən daha bir argentinalı. Rikelme “Barselona” forması altında Avropada məşhurlaşdı. 1995-ci ildə “Argentinos Xuniors”u “Boka Xuniors”a dəyişən keçmiş pleymeyker düz 20 il sonra məhz ilk klubunda futboldan getdi.

Andrey Şevçenko
“Milan” və “Çelsi”də çempionluqlar, müxtəlif titullar qazanan ukraynalı 2004-cü ildə “Qızıl buts”a layiq görüldü. 1999-cu ildə ayrıldığı Kiyev “Dinamo”suna 2009-cu ildə qayıtdı və daha 3 il çıxış etdi.

Henrik Larsson
İsveç futbolunun canlı əfsanəsi Avropanın müxtəlif klublarında, “Barselona”, “Mançester Yunayted” kimi nəhənglərdə forma geyindi. 1992-ci ildə “Helsinborq”dan ayrılansabiq forvard 2009-cu ildə məhz ora qayıtdı.

Rafael Markes
Futbolda stabillik nümunəsi kimi iz qoyan Markes yetirməsi olduğu “Atlas”la 1999-cu ildə vidalaşdı. Sonrakı karyerasını çoxlarınız bilirsiniz. 2016-cı ildə evinə qayıdan meksikalı 39 yaşına qədər orada oynadı.