18:21 11-03-2021
news_image
375
FUTBOL

Yığmamızın rəqibləri bilindi – Avropa çempionatında

19 yaşadək qızlar arasında yeni formatda təşkil olunacaq Avropa çempionatının 1-ci mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, komandalar reytinqinə əsasən A və B liqalarında mübarizə aparacaq.

28 yığma A, 24 komanda B liqasında çıxış edəcək. Azərbaycan yığması A liqasında qüvvəsini sınayacaq.

Millimiz 7-ci qrupda yer alıb. Komandamızın rəqibləri İtaliya, Polşa və Norveç olacaq.

Qeyd edək ki, bu mərhələnin oyunları 14-21 sentyabrda və ya 19-26 oktyabrda təşkil olunacaq.