21:07 11-03-2021
news_image
260
FUTBOL

"Sabah" Visente Qomesi hansı şərtlərlə yola saldı? - TƏFƏRRÜAT

"Sabah"ın yollarını ayırdığı baş məşqçi Visente Qomeslə müqaviləyə xitam verilməsinin təfərrüatları müəyyənləşib.

Bu barədə apasport.az saytına klubdan məlumat verilib.

Bildirilib ki, ispaniyalı çalışdırıcı buna görə təzminat almayacaq. Qomesin sözləşmə müddəti 2022-ci ilin yayına qədər olsa da, bunun erkən ləğvi Qomesə heç nə qazandırmayacaq. Rəhbərlik çalışdırıcını əlavə ödəniş etmədən ayrılmağa razı sala bilib.

Qeyd edək ki, Visente Qomes "Sabah"ın sükanı arxasına ötən ilin yayında keçib. Onun rəhbərliyi altında cari mövsüm Premyer Liqada 19 oyunda 16 xal toplayan komanda turnir cədvəlinin son pilləsində qərarlaşır.