10:25 12-03-2021
news_image
151
FUTBOL

Demiral və Dibala ilə bağlı qərarı – “Yuventus”un

İtaliya A seriyasında işləri yolunda getməyən və Çempionlar Liqasında mübarizəni erkən dayandıran “Yuventus” mövsümün sonunda yollarını ayıracağı daha iki futbolçunu müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, “qoca sinyora” müdafiəçi Merih Demiral və hücumçu Paulo Dibalanın qalmasında maraqlı deyil.

Çempionlar Liqasının 1/8 final mərhələsində “Porto”ya məğlubiyyətin əsas günahkarlarından hesab edilən Demiralla bağlı yayda gələcək təkliflər nəzərdən keçiriləcək. Türkiyə millisinin üzvü ilə yanaşı, turinlilər Dibalanın satışından da gəlir götürməyi planlaşdırır.

Qeyd edək ki, “Yuventus” rəhbərliyi mövsümün sonunda hücumçu Kriştianu Ronaldonu da transferə çıxarmaq niyyətindədir.