10:32 12-03-2021
news_image
182
FUTBOL

Messinin mümkün transferindən danışdı – “İnter”in vitse-prezidenti

“İnter”in vitse-prezidenti Xavyer Zanetti “Barselona”nın kapitanı Lionel Messinin mümkün transferinə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, argentinalı sabiq futbolçu həmyerlisini heyətə qatacaqlarına inanmır.

Zanettinin fikrincə, Leo elə Kataloniya klubunda qalacaq: “Messi ilə müqavilə imzalayacağıq? Bunu deyə bilmərəm. O, “Barselona”nın oyunçusudur və bütün karyerasını orada keçirib. Düşünürəm ki, Messi orada davam edəcək. Əlimizdə olan oyunçu qrupuna köklənmişik. Diqqətimizi özümüzə və növbəti oyuna yönəltməliyik. Yaxşı oyunçuların A seriyasına keçidi həmişə müsbət haldır. Kriştianu Ronaldonun gəlişi kimi”.

Qeyd edək ki, Lionel Messinin “Barselona” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.